Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Xocalının səsi" qəzetinin oxuculara müraciəti

0




  •         Əziz xocalılar!
            “Xocalının səsi” qəzetinin oxucuları!
            Sosial şəbəkə dostları!
             Bu günlərdə koronavirusla mübarizədə həmrəylik ən böyük silahımızdır. Azərbaycanlı olmaq, Odlar diyarında dünyaya göz açmaq bizim üçün ən böyük xoşbəxtlikdir. Şükürlər olsun ki, xalqına arxa-dayaq olan, fəxr etdiyimiz dövlət başçımız var. Məhz Cənab Prezidentin vaxtlı-vaxtında verdiyi qərarlar, xalqla həmrəyliyi bizə nəinki koranavirus pandemiyasından ən az zərərlə qurtaracağımızı, həmçinin ölkəmizin günəşli gələcəyinə, xalqımızın rifahının artmasına böyük inam verir. Göydə Allah, yerdə Cənab Prezidentimiz və dəyərli tibb işçilərimiz xalqımızı koronavirus bəlasından xilas edəcək.
            Sosial izolyasiya tədbirlərinin görüldüyü bu günlərdə qəzet çap etməyin və yaymağın heç də asan və məqsədəyönlu olmadığını bilirik. Belə bir vaxtda yaradıcı kollektivimiz tərəfindən Prezident İlham Əliyevin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə imzaladığı Sərəncamlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin Xocalı rayon İcra Hakimiyyəti Aparatı yanında yaradılmış Operativ Qərargahın gördüyü işlər qəzetimizin saytında və sosial şəbəkələrdə paylaşılacaqdır. 
    Bütün bunlarla yanaşı, Xocalı rayonunun qədim tarixi, mədəniyyət abidələri, Xocalı soyqırımı, erməni vəhşilikləri və Qarabağ həqiqətləri haqqında mütəmadi yazılar işıqlandırılacaq. 
            Əməkdaşlarımız tərəfindən Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələrinə əməl olunacaqdır. 
    Əziz dostlar, özümüzün, ailəmizin və xalqımızın təhlüksizliyi naminə bir daha həmrəylik göstərək. Karantin dövründə verilən qərarlara əməl etməklə öz vətəndaşlıq missiyamızı yerinə yetirək. Gigiyenik qaydalara əməl edək. Hər kəs öz gücü çatdığı qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə göndərsin. 
           Xalqımızın rifahı üçün öz sağlamlığımıza diqqət yetirməklə əsl vətəndaş kimi həmrəylik nümayiş etdirək. 

    Qalib Bəyməmmədoğlu,

    “Xocalının səsi” qəzetinin redaktoru





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib43 dəfə
    "Xocalının səsi" qəzetinin oxuculara müraciəti

    Maraqlı gələ bilər
    81
    47
    42
    43
    245